Logo

AzTU-nun basketbol komandası növbəti qələbə qazanıb

12.01.2023 17:54 387 baxış
IMG

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

AzTU-dan bildirilib ki, liqanın 5-ci turunda Texniki Universitetin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 84:51 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, liqanın oyunlarında AzTU, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, ADNSU, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin komandaları iştirak edir.

Xəbər lenti