"Son günlər məktəb direktorlarından bəziləri "Tiktok"da hoqqalardan çıxır. Sabah bu direktoru həm təhsilalanlar, həm də təhsilverənlər bambılı kimi tanıyandan sonra ona və onun verdiyi tapşırıqlara hansı ciddiyətlə yanaşacaqlar?".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndiyev deyib.
O bildirib ki, Kafkadan, Oşodan, Orueldən 1-2 əsər oxuyub özlərini kosmopolit, postmodernist hesab edənlər də gəlib yazır ki, şəxsi həyatlarıdır, özləri bilər:
"Tüpürüm belə şəxsi həyata ki, öz vəzifə məsuliyyətini dərk etməyib, şəxsinə aid olanı ictimailəşdirərək özünü bambılılığa qoyursan.
Rəhbərsən, lidersən, arxanca yüzlərlə insan çəkirsən. Sən də özünü belə aparandan sonra əlbəttə ki, məhv olan təhsilin izi-tozu da qalmayacaq".
Həmçinin oxuyun: Videosu yayılan direktordan AÇIQLAMA - VİDEO