Logo

Avtobusun vurub öldürdüyü oğlan bu məktəbin şagirdi imiş... - FOTO+VİDEO

11.01.2023 11:35 2305 baxış
IMG

Xəbər verdiyimiz kimi, ötən gün saat 16:30 radələrində paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Tehsil.biz xəbər verir ki, 44 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı xətt avtobusu məktəbli oğlanı vurub. Məktəbli hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, məktəbli Bakı şəhəri 86 nömrəli tam orta məktəbin X sinif şagirdi Göyüşov İsa Vüqar oğludur.

86 nömrəli məktəbdən "Tehsil.biz"ə verilən məlumata görə, İ.Göyüşov məktəbdə səhər növbəsində oxuyurmuş. Onun ağıllı, tərbiyəli, dərslərinə məsuliyyətlə yanaşan şagird olduğu bildirilir.

Xəbər lenti