Logo

Peyvənd olunanların sayı açıqlanıb

10.01.2023 17:44 268 baxış
IMG

Son gün ərzində Azərbaycanda koronavirus əleyhinə 459 vaksin vurulub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, bir gündə birinci mərhələ üzrə peyvənd olunanların sayı 246, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 59, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 127, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd olunanların sayı isə 27 nəfərdir.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 13 935 633, birinci mərhələ üzrə pevənd olunanların ümumi sayı 5 398 874, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 005, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 938, pozitiv nəticədən sonra buster doza üzrə peyvənd edilənlərin sayı isə 264 816 nəfərdir.

Xəbər lenti