Logo

“Məktəbdə...” növbəti görüş keçiriləcək

10.01.2023 12:07 416 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü yanvarın 11-də Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə keçiriləcək.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Real Təhlil və İnformasiya Mərkəzinin direktoru Əməkdar jurnalist Mirşahin Ağayev olacaq.

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Xəbər lenti