Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət Universitetində (BDU) təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır.
Bu barədə "Tehsil.biz"ə Bakı Dövlət Universitetindən bildirilib.
Qeyd olunub ki, 2022/2023-cü tədris ili üzrə bu günədək BDU-ya bakalavriaturaya 34, magistraturaya 28, doktoranturaya 7, hazırlıq qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər əcnəbi vətəndaş qəbul olub. Bu da ötən illərə nisbətən böyük göstəricidir.
BDU-da əcnəbi vətəndaşların qəbul prosesi davam edir.