Logo

Lənkəranda müəllim ağır qəzada həyatını itirib - FOTO

10.01.2023 10:43 1328 baxış
IMG

Lənkəranda müəllim ağır yol nəqliyyat hadisəsi zamanı həyatını itirib.

"Tehsil.biz"in məlumatına görə, Siyablı kənd sakini, Mais Cəbrayılov adına Şovu kənd tam orta məktəbinin Həmkarlar ittifaqının sədri və riyaziyyat müəllimi Bayramov İlqar Əbdürrəhman oğlu idarə etdiyi "Niva" markalı avtomobilin rayonun Əşlə kəndi ərazisində çaya aşması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, hadisədə İ.Bayramovun avtomobilində olan sərnişin Ş.Mirzəyev də aldığı xəsarətlər nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti