Logo

Magistrantların qış imtahan sessiyasına start verilib

09.01.2023 23:22 439 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda təhsil alan I kurs magistrantların 2022/2023-cü tədris ili üzrə qış imtahan ses­siyası başlayıb.

İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, hazırda I kursda "Üzvi kimya" ixtisası üzrə 3 nəfər, II kursda “Neft kimyası” ixtisası üzrə 1 magistr təhsil alır. I kurs magistrantlar ixtisasa aid 6 fəndən imtahan verir. İlk imtahan "Dərman maddələrinin kimyası" fənni üzrə keçirilib. 5 sualı yazılı formada cavablandıran magistrantların biliyi yüksək qiymətləndirilib.

Qış imtahan ses­siyası yanvar ayının 31-dək davam edəcək.

Xəbər lenti