Logo

22 nömrəli məktəbdə nə baş verir?! - Müəllimlər şikayətçidir

20.02.2021 15:56 1016 baxış
IMG

"Məktəb direktoru mənim əleyhimə danışır, haqqımda yalan məlumatlar bildirir".

 

Bu sözləri Tehsil.biz-ə 22 nömrəli məktəbin müəllimlərindən biri olan Aynurə Qasımlı bildirib.

 

O, məktəbin direktoru Azər Ələkbərovun təhqir və təhdidlərinə məruz qaldığını bildirir:

 

"Səs yazısı yayıb ki, guya mən fərdi təhdili məktəbə qəbul etmişəm. Halbuki, fərdi sinifə uşaq BŞTİ-nin məktubu ilə qəbul olunub. Özü qəbul edib. Sonra da təhsildən yayınan kimi çıxarıb".

 

Aynurə Qasımlının sözlərinə görə, direktor Azər Ələkbərov qeyri-qanuni əməlləri, müəllimi etdiyi təhqirləri ilə onları bezdirib:

 

"Valideyn müraciət edib ki, arayış yazın. Mən də özünə bildirdim. Dedi sinif rəhbəri akt yazsın, sən də arayış yaz gətir imzalayım. Mən də dediklərini etdim, ancaq mənə qışqıraraq otaqdan çıxartdı ki, mənim vaxtım yoxdur. Cəhənnəmə istəsin, gora istəsin. O bizim şagird deyil artıq. Dedim valideyn axı gözləyir,  mənə dedi ki, elə etmə sənə daha da artıq təhqir deyim. Mən də ağladım otaqdan çıxdım". 

 

Şikayətçi müəllimə Azər Ələkbərovun qeyr-etik davranışları ilə bağlı çoxlu sübutları olduğunu bildirir:

 

"Hara qədər desə, sübut etdirə bilərəm. Mənə şər atmağa çalışır. Məni polisə verməklə hədələyir. Müəllimləri otağına yığıb mənə qarşı istifadə etmək istəyir. Bizə hədə-qorxu gəlir".

 

Qeyd: Qarşı tərəflərin mövqeyini yayımlamağa hazırıq!

Xəbər lenti