"Müəllimin ayaqyolu probleminə görə dərsi boykot etməsi başadüşüləndir".
Tehsil.biz xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında Təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.
O qeyd edib ki, ayaqyolu zəruri bir ehtiyacdır:
"Əgər uşağın fizioloji ehtiyacları qarşılanmırsa, təhsil ehtiyacının ödənilməsinin heç bir faydası olmaz. Düşünürəm ki, müəllim həqiqətən bu problemin həll edilməsinə görə belə addım atıbsa, o zaman mən şəxsən onu alqışlayıram. Amma yox, daha əvvəldən də məktəbə gəlməyib və ona görə töhmət verilibsə, o zaman məsələ başqa cür dəyərləndirilməlidir. Müəllim dərsə girməsə də, məktəbə gəlməli idi. Qanun bunu tələb edir. Bir var hüquq, bir var həqiqət. Bəzən həqiqət hüququn üstünə keçə bilir. Bəzən sən həqiqəti edirsən, hüquq sənin yanında olmaya bilər. Əgər qalib gəlsə, həmin müəllim qəhrəmandır. Əgər qalib gəlməsə, işini itirə bilər”.