Logo

Nazirlikdən məktəblərin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA

09.01.2023 16:12 2098 baxış
IMG

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.  Bu, dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib. 

Tehsil.biz xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb:

"Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı bir rəsmi qərar verilməyib".

Həmçinin oxuyun: Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Xəbər lenti