Logo

Türkiyəli professorlar ADU-da olub

09.01.2023 15:12 426 baxış
IMG

Türkiyənin Necmettin Erbakan Universitetinin Təhsil fakültəsinin professorları Prof.Dr.Hasan Yılmaz və Prof.Dr.Coşkun Arslan Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində təşkil olunmuş görüşdə iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Qeyd olunub ki, görüş çərçivəsində əməkdaşlıq əlaqələri, qardaş dövlətlərin təhsil müəssisələri arasındakı qarşılıqlı təcrübə mübadiləsi imkanları, məktəbəqədər, ibtidai təhsil səviyyələri, həmçinin xüsusi təhsil üzrə mütəxəssis hazırlığı məsələləri müzakirə olunub.

Xəbər lenti