Logo

AzTU-da qış imtahan sessiyası davam edir

09.01.2023 14:41 516 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyası davam edir.

Bu barədə "Tehsil.biz"ə AzTU-dan bildirilib.

Qeyd olunub ki, qarlı hava şəraiti ilə əlaqədar imtahana gecikən tələbələrin imtahanda iştirakı üçün şərait yaradılır.

Bundan əlavə, qarlı hava şəraiti ilə əlaqədar, eləcə də hər hansı üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti günlərdə yenidən imtahan təşkil olunacaq.

Xəbər lenti