Logo

İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

20.02.2021 14:08 115 baxış
IMG

Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasına Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsi də qoşulub.

 

Kitabxanadan bildirilib ki, fakültənin dekan vəzifəsini icra edən, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Ələmdar Cabbarlı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı mühüm qələbədən danışıb. O bildirib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda illər ərzində xeyli sayda mədəni abidələrimiz, kitabxanalarımız, eləcə də çox sayda kitabxana fondu məhv edilib. Artıq həmin ərazilərdə dövlətimizin başçısının rəhbərliyi altında quruculuq işlərinə başlanılıb.

 

Sonra Ələmdar Cabbarlı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın əhəmiyyətini vurğulayaraq Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları tərəfindən toplanılan 1000 nüsxə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan ədəbiyyatına, ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin siyasətinə, eləcə də Kitabxanaçılıq-informasiya fakültəsinə dair dərs vəsaitləri və jurnalları fonda bağışlayıb.

Xəbər lenti