Logo

Peyvənd olunanların sayı açıqlanıb

08.01.2023 18:10 277 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 431 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 243, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 115, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 26 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 935 174, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 398 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 946, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 811, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 789 nəfər təşkil edir.

Xəbər lenti