Logo

Türkiyədə təhsil alan azərbaycanlı itkin düşüb - FOTO

07.01.2023 14:12 434 baxış
IMG

Türkiyədə təhsil alan 30 yaşlı azərbaycanlı Fərid Möhsümov Samsun şəhərində itkin düşüb.

Tehsil.biz xəbər verir ki, bu barədə onun bacısı Fatimə Möhsümova feysbukda məlumat paylaşıb.

O, 12 gündür, qardaşından xəbər ala bilmədiklərini qeyd edib:

“24.05.1992-ci il təvəllüdlü Möhsümov Fərid Sərraf oğlu Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs universitetinin Hemşirelik fakültəsində birinci kurs tələbəsidir. Əgər sizin yaxınlarınız, tanışlarınız oradadırsa, bu barədə sorğu etməyinizi və paylaşmağınızı xahiş edirəm”.

Xəbər lenti