Logo

Cari tədris ilində nə qədər tələbə təhsil krediti alıb?

07.01.2023 11:22 583 baxış
IMG

Cari tədris ilinin payız sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə verilən məlumata görə, bu günə qədər 7456 nəfər kredit almaq üçün müraciət edib.

Onlardan 466 nəfərin müraciəti natamam olub, 488 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1011 nəfərin müraciətinə imtina cavabı verilib, 177 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 5314 nəfərə TTK verilib. Onların arasından 2032 nəfərin müraciəti sosial TTK, 3282 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti