Logo

ADPU rektoru qış imtahan sessiyasının gedişi ilə tanış olub

06.01.2023 18:54 463 baxış
IMG

Yanvar ayının 5-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2022-2023-cü tədris ilinin qış imtahan sessiyasına start verilib.

Tehsil.biz xəbər verir ki, imtahan prosesi yazılı və şifahi formada təşkil olunur.

Yanvarın 6-da ADPU-nun rektoru professor Cəfər Cəfərov universitetdə qış imtahan sessiyasının gedişini izləyib.

Rektor yazılı və şifahi imtahanların gedişi ilə yerində izlədikdən sonra imtahan prosesinin gedişini tənzimləmək və yarana biləcək problemlərin operativ həll olunması üçün fəaliyyət göstərən İmtahan Qərargahı və Apelyasiya Komissiyasının işi və imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış olub.

Qeyd edək ki, imtahan prosesinin təşkilində şəffaflığın və təhsilalanların iştirakının təmin edilməsi məqsədi ilə sessiya ərzində tələbə təşkilatlarının nümayəndələri prosesi müşahidə edəcəklər.

Xəbər lenti