Logo

Cənub regionunda peşə təhsilinin inkişafı üçün yeni perspektivlər yaranır

20.02.2021 12:12 83 baxış
IMG

Təhsil nazirinin müavini İdris İsayev və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov cənub regionuna səfər edib.

 

Əvvəlcə Cəlilabad rayonunda inşasına başlanılan Cəlilabad Peşə Təhsil Mərkəzində həyata keçirilən yenidənqurma işləri ilə tanışlıq olub. Həmçinin səfər çərçivəsində regionun kadr hazırlığında xüsusi çəkisi olacaq Mərkəzin tələbə və müəllim kollektivi ilə görüş keçirilib.

 

Görüş zamanı son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan danışılıb, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində peşə təhsilinin vacibliyi vurğulanıb.

 

Regiona səfər zamanı Lənkəran Dövlət Universitetinin maddi-texniki bazası ilə də tanışlıq olub. Rəsmilər tədris prosesinin optimal təşkili məqsədilə birgə istifadə imkanlarını müzakirə ediblər. Görüş zamanı toxunulan digər istiqamət yüksək texniki peşə təhsili alacaq tələbələrin növbəti mərhələdə regionda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsillərini davam etdirməkdən ibarət olub.

 

Səfər regionda fəaliyyət göstərən işəgötürənlərlə görüş ilə yekunlaşıb. İşəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi imkanları və bu yöndə kadr hazırlığının təşkili prosesində birgə fəaliyyət istiqamətləri görüşün əsas müzakirə mövzusu olub.

Xəbər lenti