Logo

BDU-da Morrey fəzalarının xassələrinin tədqiqi üzrə araşdırmalar davam edir

06.01.2023 14:42 446 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin “Total Morrey fəzalarında maksimal kommutator və maksimal funksiyanın kommutatoru” (Maximal commutator and commutator of maximal function on total Morrey spaces) adlı məqaləsi  SCOPUS bazasında indekslənən “Journal of Mathematical Inequalities” jurnalında dərc edilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Məqalədə Morrey fəzalarının total Morrey fəzaları adlanan yeni variantı təqdim olunub. Bu fəzalar klassik və modifə olunmuş Morrey fəzalarını ümumiləşdirir. Məqalədə total Morrey fəzalarının əsas xassələri, bu fəzalarda bəzi daxilolmalar öyrənilib. Həmçinin total Morrey fəzalarında maksimal kommutator operatorunun və maksimal operatorun kommutatorunun məhdudluğu üçün zəruri və kafi şərtlər alınıb.

Xəbər lenti