Logo

Azərbaycan və Türkiyənin təhsil nazirləri arasında protokol imzalandı

19.02.2021 23:42 784 baxış
IMG

Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayevlə Ziya Səlcuk arasında protokol imzalanıb.

 

Tehsil.biz-in məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində bildirib:

 

"Bu gün Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının vitse-prezidenti cənab Fuat Oktayın iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığı özündə ehtiva edən Protokolu həmkarım milli təhsil naziri Ziya Səlcukla imzaladıq. Göstərdiyi xüsusi diqqətə görə Ziya bəyə minnətdarlığımı bildirirəm".

 

 

Xəbər lenti