Logo

Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub, 1 məktəb distant təhsilə keçib

07.10.2020 09:21 714 baxış
IMG

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib. 

İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

Xəbər lenti