Logo

BANM-in tələbələri intellektual turnirin qalibi oldular - FOTO

06.01.2023 10:14 477 baxış
IMG

Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İntellektual Oyunlar Klublarının, həmçinin UFAZ-ın təşkilatçılığı ilə "Dostluq kuboku" adlı turnir keçirilib.

Tehsil.biz xəbər verir ki, turnirdə BANM-in “UpTech” komandası 1-ci, “Max SSOİK” komandası ilə 3-cü yeri qazanıb.

“Breyn Rinq” tipli oyunların keçirildiyi turnirdə ümumilikdə 16 komanda iştirak edib.

“UpTech” komandasında BANM-in Magistratura ixtisaslarının tələbələri Mail Babaşov, Qabil Əliyev, Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Əli Məmmədli, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Yusif Hüseynzadə, İnformasiya təhlükəsizliyi ixtisasının IV kurs tələbəsi Məzahir Məmmədov və Kimya mühəndisliyi ixtisasının I kurs tələbəsi Xəyal Səmədli təmsil olunub.

“Max SSOİK” komandası isə Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Farizli, Mirnicat Cabbarlı, Rüfət Əkbərov və İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Manisa Rəhimli, Xalid İsmayılov və IV kurs tələbəsi Rüstəm Həbibullayevdən ibarət olub.

Xəbər lenti