Logo

Müəllimləri intihar həddinə çatdıran Azər Ələkbərov: "Adamlarım var"

19.02.2021 20:02 757 baxış
IMG

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Firuz Bayramov adına 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov haqqında bildirilən şikayətlərin ardı-arası kəsilmir.

 

Biz redaksiyamıza daxil olan şikayətləri ictimailəşdirməkdən, Təhsil Nazirliyinə bildirməkdən yorulsaq da, sözügedən direktor əməllərindən, Nazirlik isə diqqətsizliyindən yayınmaq istəmir.

 

Bakı şəhər 22 saylı tam orta məktəbin müəllimi tərəfindən Tehsil.biz redaksiyasına ünvanlanmış daha bir şikayət məktubunu olduğu kimi təqdim edirik:

 

“Mənə kömək edin. Evdə işləyən özüməm. Oğlum da gözdən əlildir. Evində Şəhid anasına baxan işçini, gözdən əlil uşağı olan işçini bu qədər təhqir etmək olarmı? Kim bu direktora icazə verib? Məni incidir. Özü hüquqşünasdır. Deyir səni məhkəməyə verib təzminat alacam. Məni xəstə edib. Bu direktor hamını təzyiq altda saxlayır. Hamı da qorxudan şikayətə getmir. Mənimlə bərabər ibtidai müavin Əmirova Şəhla xanımı da təhqir edir. Biz bu gün BŞTİ-yə zəng edib Nigar xanıma bizi incitdiyini bildirdik. Xahiş edirəm, bizə kömək edin. Deyir sizi iti qovan kimi qovacam. İşləyə bilmirsiz, rədd olun, çıxın bu məktəbdən.

 

3 gün bundan əvvəl tədbir etdi. “Facebook”da canlı bağlantı yaratdı. Tədbirin sonunda hamımıza söz verdi. Biz də məcbur onu tərif etdik. O, həmişə məktəbdə təsərrüfat müdiri İsmayılov Novruz, qapıçı İmanov Bahadurun yanında məktəblinin dostu Rəna xanımın, müəllimlərin, tibb bacısı Dilrubənin yanında bizi təhqir edir. Xahiş edirəm, mənə kömək edin. Yoxsa mən 81 yaşlı Şəhid anası qaynanam Qasımova Rəfiqə Qulu qızını götürüb Prezidentimizə şikayətə gedəcəm”.

 

QEYD: Qarşı tərəflərin də mövqeyini yayımlamağa hazırıq!

Xəbər lenti