Bakıda 179 nömrəli orta məktəbdə tədrisin müvəqqəti olaraq dayandırılması ilə bağlı məlumat yayılıb.
Tehsil.biz xəbər verir ki, yayılan məlumatda azyaşlı uşaqlar arasında kütləvi virus yayılması səbəbindən müəllimlərin şagirdlərə bu həftənin sonuncu dərs günündə dərs olmaması ilə əlaqədar məlumat verdiyi bildirilib.
Məsələni dəqiqləşdirmək üçün 179 nömrəli məktəbin mövqeyini öyrəndik. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirildi ki, yayılan məlumat əsassızdır.
"Məktəb rəhbərliyi tərəfindən valideynlərə belə məlumat verilməyib", - məktəbin cavabında qeyd olunub.
Fəqan Əzimli