Logo

Minimum əməkhaqqının artması müəllimlərin maaşına təsir edəcək? - AÇIQLAMA

05.01.2023 19:47 6328 baxış
IMG

Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Tehsil.biz xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Bəs bu artım müəllimlərin aldıqları maaşa necə təsir edəcək?

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov "Tehsil.biz"ə açıqlamasında bildirib ki, bu artım minimum əməkhaqqı alan hər kəsə aiddir:

"Ölkədə 345 manatdan aşağı əməkhaqqı ola bilməz. Minimum əməkhaqqının məbləği ona görədir ki, ondan aşağı əməkhaqqı olmaz", - deyə F.Talıbov qeyd edib.

Təhsil üzrə ekspert Kamran Əsədov "Tehsil.biz"ə bildirib ki, minimum əməkhaqqının artımı müəllimlərə də şamil olunur:

"Yeni sərəncama əsasən müəllimlərin də əməkhaqları artır. Amma bu, hələ hamısı deyil. Bundan sonra ölkə başçısının müəllimlərin əməkhaqlarının artımı ilə bağlı ayrıca sərəncamı da olacaq. Bu artım diaqnostik imtahandan və sertifikasiya imtahanından müvəffəqiyyətlə keçmiş müəllimlərin əməkhaqları ilə bağlı olacaq. Bir daha qeyd edirəm ki, bugünkü artım müəllimlərə şamil olunur və bundan sonra da əlavə diaqnostik qiymətləndirmə və sertifikasiya ilə bağlı ayrıca artım da olacaqdır. Müəllimlərin bir stavka dərs yükünə görə müəyyənləşdirilmiş məbləğ artacaq".

Fəqan Əzimli

Xəbər lenti