Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

05.01.2023 19:06 304 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 396 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 325, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 40, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 932 675, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 396 890, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 728, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 660 nəfər təşkil edir.

Xəbər lenti