Logo

Dekandan KOBUDLUQ: təhsilhaqqını ödəməyən tələbələri imtahandan çıxardı - AÇIQLAMA

05.01.2023 16:16 680 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin dekanı Vasif Adilov təhsilhaqqını ödəməyən tələbələrə qarşı kobudluq nümayiş etdirib.

Tehsil.biz xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" feysbuk səhifəsi məlumat paylaşıb.

Qeyd olunub ki, dekan V.Adilov borcu olan tələbələri imtahandan çıxararaq təhsilhaqqını ödəmələrini tələb edib.

"Halbuki tələbələrə prorektorun daha əvvəl möhlət verdiyi bildirilir", - deyə məlumatda qeyd olunub.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqə saxladıq. Universitetin mətbuat xidmətindən "Tehsil.biz"ə bu barədə məlumatlı olduqları bildirildi.

"Həmin məsələ ilə bağlı rektora da bildirilib, araşdırma aparılır", - deyə ali məktəbin cavabında qeyd olunub.

Fəqan Əzimli

Xəbər lenti