Logo

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

04.01.2023 18:57 236 baxış
IMG

Azərbaycanın 2022-2023-cü tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20 %, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103 % artım deməkdir.

Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.

Xəbər lenti