Logo

Azərbaycanda son sutkada 34 nəfər koronavirusa yoluxub

04.01.2023 16:43 275 baxış
IMG

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Tehsil.biz"ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 826 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 149 nəfər müalicə olunaraq sağalıb, hazırda 339 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 965, bu günə qədər isə ümumilikdə 7 434 660 test icra olunub.

Xəbər lenti