Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura səviyyələrində təhsil proqramlarının Boloniya sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür.
Bu barədə "Tehsil.biz"ə AzTU-dan məlumat verilib.
Bildirilib ki, bu məqsədlə magistratura səviyyəsində kibertəhlükəsizlik və enerji menecmenti sahələri üzrə yeni məzmun hazırlanıb və tətbiq edilir.