Logo

DİM professor Çəmən Babaxanovanı 80 illik yubileyi münasibətilə təbrik edib

19.02.2021 16:56 481 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və kollektivi fransız dili fənni üzrə elmi-metodiki seminarın rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, professor Çəmən Babaxanovanı 80 illik yubileyi münasibətilə təbrik edib.

 

Yubiley təbriki

 

Çəmən Babaxanova 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, hazırda isə Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edir. Çəmən xanım bu illər ərzində DİM tərəfindən nəşr olunan “Fransız dili” vəsaitinin, lüğətin, 5-11-ci sinif dərslikləri əsasında yeni tipli “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanmasına rəhbərlik edib, test bankının formalaşmasında əvəzsiz xidmətlər göstərib. 

 

Bundan əlavə, Ç.Babaxanova dəfələrlə qapalı şəraitdə qəbul və buraxılış imtahanları üçün sual kitabçalarının hazırlanmasında yaxından iştirak edib.

 

Çəmən xanımı təbrik edir, möhkəm cansağlığı, uzun ömür, həyat və fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

 

 

Xəbər lenti