Logo

Ötən il paytaxt üzrə 275 məktəbdə “Yay məktəbi” təşkil olunub

03.01.2023 20:58 489 baxış
IMG

2022-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 275  ümumi təhsil müəssisəsində “Yay məktəbi” təşkil edilib.

Tehsil.biz xəbər verir ki, 16-30 iyun tarixlərini əhatə edən “Yay məktəbi”nə ümumi təhsil müəssisələrinin I-X sinifləri üzrə 19 827 şagird qoşulub.

Ödənişsiz və  könüllü əsaslarla keçirilən “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.

 “Yay məktəbi” çərçivəsində BŞTİ tərəfindən ümumi təhsil məktəblərində həyata keçirilən bir sıra layihələr davam etdirilib, şagirdlər üçün vətənpərvərlik, ekologiya və mina təhlükəsizliyi mövzularında maarifləndirici görüşlər keçirilib, həmçinin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, ingilis  dili, robototexnika  sahəsində  bilik və  bacarıqların artırılması, düzgün peşə seçimi istiqamətlərində tədbirlər baş tutub.

Xəbər lenti