"Məktəblinin dostu" layihəsi, məncə faydalı bir layihədir. Adı "Məktəbin dostu" olsa, daha yaxşı olardı. Bir də məktəb içində başqa bir idarəyə bağlı deyil, birbaşa məktəb rəhbərliyinə bağlı olsa, daha faydalı olardı. Başqa bir idarəyə bağlı məktəbdə insanlar bəlkə də düşünür ki, daha yaxşı nəzarət mexanizmidir. Amma mən düşünürəm ki, etibar edə bilmiriksə, təyin etməməliyik. Etibarı pozan işini itirməlidir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.
O bildirib ki, inkişaf etmiş ölkələrdə məktəbdə buna bənzər ştatlar var:
"Amma dediyim kimi, layihə formasında məhdud sayda məktəbdə olduqda, məncə, çox da səmərəli olmur. Yaxşıdırsa, bütün məktəblərdə tətbiq etməli, deyilsə, ləğv etməlidir. Məktəblərdə həmin insanlar faydalı işlər görürlər, müşahidələrim bunu göstərir. Əgər hansısa məktəbdə onlar işlərini səhv başa düşüblərsə, onda məktəb rəhbərliyi yenə də onlara izah etməli, onlar başa düşmürsə, baş idarələrinə izah etməlidir".
Ekspertin fikirlərinə görə, əslində direktor və müəllimlər bu layihənin əməkdaşları ilə yaxşı əməkdaşlıq qura bilsələr, daha faydalı işlər ortaya qoyula bilər:
"Bunu alındıran müəssisələr var. Ümumi qənaətim layihə haqqında yaxşıdır. Amma məktəbə bağlı, məktəbin dostu, məktəbin içindən idarə olunan və bütün məktəblərə tətbiq olunan insanlara ehtiyac var. Bunlar psixoloq(lar), sosial işçi(lər) və maaşına yetərli əlavə olunan sinif rəhbərləri, təhsil kouçları, karyera məsləhətçiləri olaraq sadalana bilər".
Mərcanə Əsədova