Logo

22 nömrəli məktəbin direktoru müəllimləri intihara məcbur edir?! - ŞİKAYƏT

19.02.2021 16:03 2636 baxış
IMG

“Mən Aynur Qasımlı Tehsil.biz-ə müraciət edərək mənə kömək edilməsini xahiş edirəm”.

 

Bunu problemini Tehsil.biz-ə bildirən 22 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Aynur Qasımlı bildirib.

 

Aynur Qasımlı həmin məktəbin direktoru Azər Ələkbərov tərəfindən ona qarşı qeyri-qanuni hərəkətlərə yol verdildiyini deyib:

 

“Mən Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin Uşaq Birliyi Təşkilatı rəhbəriyəm. 24 ildir ki, bu məktəbdə işləyirəm. Heç bir məktəb rəhbərliyi ilə problemim olmayıb. Özüm 81 yaşlı Şəhid anası saxlayıram. Həyat yoldaşım I Qarabağ müharibəsi veteranıdır. Mən özüm 3 ilə yaxındır, onkoloji müalicə alıram. Hal-hazırda  da müalicədəyəm. Məktəb direktoru məni incidir”.

 

Şikayətçi bildirir ki, direktor Azər Ələkbərov tərəfindən aşağılayıcı təhqirlərə məruz qalır:

 

“Hamının yanında mənə təhqiredici sözlər deyir: “Zibilsən, başın işləmir, rədd ol, məktəbimdən get. Ərizəni yaz çıx”.

 

Aynur Qasımlı məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsə də, dərdinə əlac edən olmayıb:

 

“Mən keçən il bu barədə Bakı Şəhər üzrə Təhsil İdarəsinə və Təhsil Nazirliyinə müraciət etdim, mənə heç kim kömək etmədi. Mən öz vəzifə borcumu layiqincə yerinə yetirirəm. Xahiş edirəm, mənim bu yazımı Təhsil Nazirimizə çatdırın”.

 

Aynur müəllimə məktəb direktoru olan Azər Ələkbərovun onu intihara sürüklədiyini bildirib:

 

“Bu direktor məni intihar həddinə çatdırıb. İki gündür ki, mənə izahat yazdırır. Məktəblinin dostunun yanında deyir ki, sənə şiddətli töhmət verib iti qovduran kimi qovduracam”.

 

Qeyd edək ki, bu, 22 saylı məktəb və direktoru Azər Ələkbərov barəsində bildirilən ilk şikayətlərdən deyil. Bundan öncə də sözügedən direktor haqqında çoxsaylı şikayətlər bildirilmiş, lakin Təhsil Nazirliyi tərəfindən heç bir tədbir görülməmişdir.

 

Xüsusi qeyd: Qarşı tərəflərin də mövqeyini yayımlamağa hazırıq!

 

 

 

Xəbər lenti