Logo

Professor Sənubər Abdullayevanın elmi seminarı keçirilib

02.01.2023 13:58 419 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında “Azərbaycan dili frazeologiyasının aktual məsələləri” mövzusunda elmi seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda kafedranın professor-müəllim heyəti iştirak edib.

Mövzu ilə bağlı məruzə edən kafedranın professoru Sənubər Abdullayeva bildirib ki, akademik V.V.Vinoqradovun semasiologiya və frazeologiya ilə bağlı yazdığı məşhur məqalələrdən sonra post-sovet məkanında olan dilçilərin nəzəri bu mürəkkəb dil materialına yönəlib.

V.V.Vinoqradov rus dilində frazeoloji vahidləri komponentlərin bir-birinə semantik cəhətdən qaynayıb-qarışmasını üç növ üzrə fərqləndirib.

Azərbaycan dilçiliyində S.Cəfərov kimi alimlər V.V. Vinoqradovun frazeoloji konsepsiyasının davamçıları olublar. Frazeologiyanın sərhədləri, əhatə dairəsi süni surətdə genişləndirilib. Hal-hazırda qovuşma, birləşmə və uyuşma idiomları kimi adlandırılan bölgü özünü doğrultmur.

Sonra məruzəçiyə suallar ünvanlanıb, iştirakçılarla birlikdə fikir mübadiləsi aparılıb. Seminar müzakirələrlə yekunlaşıb.

Xəbər lenti