Logo

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

02.01.2023 01:00 448 baxış
IMG

Bu gün Azərbaycan Respublikasının Milli Qəhrəmanı, General-mayor Polad Həşimovun doğum günüdür.

Tehsil.biz xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub.

Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alıb və təhsilini Türkiyədə davam etdirib. Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.

General-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə səhərə yaxın Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.

Polad Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.

9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Milli Qəhrəman adı verilib.

Xəbər lenti