Logo

Rusiya muzeylərini ziyarət edənlərin sayı 2022-ci ildə kəskin artıb

01.01.2023 01:41 377 baxış
IMG

Rusiyada Federal muzeylər 2021-ci illə müqayisədə 2022-ci ildə ziyarətçilərin kəskin artdığını bildiriblər.

Tehsil.biz xəbər verir ki, bu barədə "RBC"nin muzey işçiləri arasında keçirdiyi sorğuda qeyd olunub.

Bildirilib ki, bu, ilk növbədə COVİD19 məhdudiyyətlərinin ləğvi ilə bağlıdır. 2021-ci il yanvarın sonundan etibarən tam kilidləmə üçün bağlanan Moskva muzeylərinə maksimum mümkün ziyarətçi sayının yarısını buraxmağa icazə verilib. Sankt-Peterburqda isə martın 4-dən etibarən QR kodlarının məcburi təqdimatı ləğv edilib.

Belə ki, təkcə 2022-ci ilin birinci yarısında Ermitajı 2,7 milyon, 2021-ci il isə 1,6 milyon insan ziyarət edib. 2022-ci ilin oktyabr ayına olan məlumata görə, Tretyakov Qalereyasına 1,9 milyondan çox insan gəlib 2021-ci il ərzində bu rəqəm 1,6 milyon idi.

Xəbər lenti