Logo

Bu il 17 000-dən çox şagirdə peşə təhsili haqqında məlumat verilib

31.12.2022 12:22 334 baxış
IMG

Peşəyönümü fəaliyyətinin bir hissəsi olaraq keçirilən “açıq qapı” tədbirləri 7 000-dən çox iştirakçı və 134-dən çox işəgötürəni əhatə edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, genişmiqyaslı tədbirlərlə yanaşı, mütəmadi olaraq hər bir peşə təhsil müəssisəsi tərəfindən müəssisənin maddi-texniki bazası və tədris olunan ixtisasları ilə tanışlıq məqsədli infoturlar keçirilib.

İnfoturlarda 10 000-ə yaxın şagird və 174 işəgötürən iştirak edib.

Xəbər lenti