Logo

Bakı Dövlət Universiteti şəhid məzunlarının xatirəsini daima əziz tutur

19.02.2021 12:56 117 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Missiya internet televiziyasının birgə layihəsi çərçivəsində BDU-nun bir qrup kollektivi Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2020-ci il məzunu, 44 günlük Vətən müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış Nicat Əhmədovun ailəsini ziyarət edib. Ziyarətdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekan müavini İkram Cəbrayılov, Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, TGT fəalı Ələkbər Həsənov və Missiya TV-nin çəkiliş qrupu iştirak ediblər.

 

Şəhid Nicat Əhmədovun valideynləri Həsən Əhmədov və Xatirə Əhmədova Nicat Əhmədovun Vətən müharibəsində keçdiyi şərəfli yoldan, olkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdiyi fədakarlıqdan bəhs edib, şəhid valideynləri kimi övladları ilə qürur duyduqlarını ifadə ediblər.

 

Görüşdə şəhid Nicat Əhmədovun əziz xatirəsi yad edilib, barəsində xoş təəssüratlardan söz açılıb. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin rəşadətinin hər birimizə örnək olması, hər bir Azərbaycan vətəndaşının öz qəhrəmanları ilə qürur duyduğu bildirilib.

 

Layihə çərçivəsində BDU-nun Vətən müharibəsində şəhid olmuş bütün tələbə və məzunlarının ailələri ziyarət olunacaqdır.

 

 

Xəbər lenti