Logo

BDU-da Həmrəylik Günü və Yeni il münasibətilə konsert proqramı - FOTO

30.12.2022 18:42 400 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə konsert proqramı təqdim olunub.

Tehsil.biz xəbər verir ki, konsert proqramında “Qaytağı”, “İgidlər”  rəqsləri, “Popuri”, “Yeni iliniz mübarək olsun”, “Tələsin, insanlar”, “Əzizlərim”, “Yeni il” mahnıları ifa olunub.  Jak Offenbaxın “Kan-kan” əsəri, Zəlimxan Yaqubun  “Azərbaycan oxusun” şeiri səsləndirilib.

Azərbaycan Respublikasının əməkdar artisti Elnarə Abdullayevanın konsertdə iştirakı tədbirə xüsusi rəng qatıb. Sevilən sənətçi “Kim sevməsə öz yurdunu” və “Dilbər” mahnılarını ifa edib.

Proqram Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşları və BDU tələbələrinin ifaları ilə davam edib.

Xəbər lenti