Logo

Peyvənd olunanların sayı açıqlanıb

30.12.2022 16:48 255 baxış
IMG

Azərbaycanda son sutkada 462 nəfər vaksinasiya olunub.

Tehsil.biz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 285, ikinci doza vaksinlərin sayı 50 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 103-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 24 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 931 574 olub.

Xəbər lenti