Logo

Bu il 953 müəllim iş yerini dəyişib

30.12.2022 15:45 245 baxış
IMG

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən 953 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. 

Bu barədə "Tehsil.biz"ə nazirlikdən bildirilib.

Qeyd olunub ki, onlardan 21-i şəhid ailəsi üzvü, 55-i hərbçi ailəsi üzvü, 372-si həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il müddətində çalışan, 335 nəfəri isə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 5 il və daha artıq çalışan müəllimlərdir.

Xəbər lenti