Logo

BDU-nun Psixoloji yardım sektorunun əməkdaşları tələbələrə dəstək göstərir

19.02.2021 11:45 116 baxış
IMG

Bakı Dövlət Universitetinin Psixoloji yardım sektorunun əməkdaşları Natavan Həsənzadə və Turqay Əlisalamzadə laboratoriya məşğələlərində əyani şəkildə iştirak edən tələbələrlə görüşüb, onların əhval-ruhiyyəsini öyrənib, söhbətlər aparıblar.

 

Psixoloqlar bir ilə yaxındır davam edən xüsusi karantin rejimi dövründə onlayn dərslərə qoşulan tələbələrin qismən əyani dərslərdə necə iştirak etdikləri, çətinliklərinin olub-olmadığı ilə maraqlanmış, ehtiyac hiss edərlərsə, onlara hər zaman psixoloji dəstək göstərməyə hazır olduqlarını bildirmişlər. Mütəxəssislər insan psixikasının çox elastik olduğunu qeyd edib, pandemiya şəraitinin yaratdığı narahatlığın aradan qaldırılması ilə bağlı məsləhətlər veriblər. Bildiriblər ki, pandemiya dövründə tələbələrlə mütəmadi əlaqə saxlayırlar, ehtiyacı olan tələbələrlə onlayn konsultasiyalar təşkil edir, rəsmi sosial media hesabları üzərindən təlimlər aparırlar. Hər bir tələbə istədiyi vaxt sektora müraciət edə bilər.

 

Tələbələr laboratoriya məşğələlərinə həvəslə iştirak etdiklərindən, eyni zamanda onlayn dərslərə də qoşulduqlarından danışıb, göstərdikləri diqqət və dəstəyə görə sektorun əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

 

 

Xəbər lenti