Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclasın gündəliyinə 2022/2023-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının (bakalavriat və magistratura təhsil səviyyələri üzrə) təşkili və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun Tədbirlər Planı haqqında məsələlər daxil edilib.
Hər iki məsələ geniş müzakirə olunub, səsə qoyularaq qəbul edilib.
İclasda daha sonra cari məsələlərə baxılıb.