Logo

Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirilir

19.02.2021 11:08 675 baxış
IMG

İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək.

 

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 93 namizədin iştirakı nəzərdə tutulur.

 

A növü üzrə olan imtahanı buradan canlı izləyə bilərsiniz (imtahan müddətində).

 

İnzibati vəzifələrin B növünə aid olan vəzifələr üzrə imtahan isə kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada keçirilir. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 533, BB qrupu üzrə 1466 olmaqla, ümumilikdə 1999 namizəd qeydiyyatdan keçib.

Xəbər lenti