Bakı Dövlət Universitetində (BDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 5-də başlayacaq.
Tehsil.biz xəbər verir ki, bu barədə BDU Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
İmtahanlar yazılı və şifahi olmaqla iki növbədə (saat 10:00-13:00 və 14:00-17:00) keçiriləcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2023-cü ilin fevral ayının 7-dən 14-dək şərait yaradılacaq.
Ayrı-ayrı fənlər üzrə auditoriya saatlarının 25 %-dən çoxunda iştirak etməyən tələbələr həmin fəndən imtahana buraxılmayacaqlar.