Logo

BDU-nun 18 yaşlı tələbəsi ermənini məğlub etdi

19.02.2021 10:58 141 baxış
IMG

Azərbaycanlı tələbə Yunan-Roma güləşi üzrə Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq turnirdə qələbə qazanıb.

 

55 kq çəki dərəcəsində yarışan 18 yaşlı İlkin Qənbərli erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edərək turnirin qalibi olub.

 

Beynəlxalq turnir 13-15 fevral tarixində keçirilib.

 

Qeyd edək ki, 2003-cü il təvəllüdlü İlkin Qənbərli Bakı Dövlət Universitetinin(BDU) Geologiya fakültəsinin 1-ci kurs tələbəsidir. O, 5 qat respublika çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.

Xəbər lenti