Logo

“Şagirdlərin gözündə məktəblinin dostu”

28.12.2022 16:27 526 baxış
IMG

Bakı şəhəri 61 nömrəli tam orta məktəbdə “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblər arasında “Şagirdlərin gözündə məktəblinin dostu”adlı rəsm müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, müsabiqədə Bakı şəhərində yerləşən 12, 17, 61, 95, 238, 245, 272 nömrəli məktəblər iştirak edib.

Müsabiqəyə təqdim olunan rəsmlər Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Reyhan Osmanova və ekspert qrupu tərəfindən qiymətləndirilib. 

1-ci yeri 61, 2-ci yeri 238, 3-cü yeri isə 17 nömərli tam orta məktəb qazanıb.

Sonda bütün iştirakçılar serifikat və təşəkkürnamə ilə təltif olunublar.

Xəbər lenti