Logo

Məktəb-Lisey Kompleksində şagird fiziki təzyiqə məruz qalıb? - AÇIQLAMA

28.12.2022 13:24 568 baxış
IMG

Valideyn tərəfindən sosial şəbəkədə Məktəb-Lisey Kompleksinin VII sinfində təhsil alan övladının (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumat məktəb rəhbərliyi tərəfindən araşdırılıb.

Məktəb-Lisey Kompleksindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 27.12.2022-ci il tarixdə məktəbdə VII və IX siniflər üzrə monitorinq (riyaziyyat, tədris dili, ingilis dili fənləri) təşkil olunub. Monitorinq zamanı prosesə qeyri-ixtisas müəllimləri nəzarətçi qismində cəlb edilib:

“Qeyd olunan sinfin şagirdləri digər siniflərdə monitorinqin bitdiyini əsas gətirərək müəllimdən prosesi sonlandırmasını istəyiblər. Müəllim sual kitabçalarını toplayıb dəhlizə çıxıb. Sonra digər sənədlərin sinifdə qaldığını xatırlayaraq geri qayıdan zaman sürətlə sinfi tərk edən şagird qapıda onunla toqquşub və sual kitabçaları məktəblinin üzünə toxunub. Müəllim şagirdin zədə almadığını müəyyən edib və evə yola salıb.

Bu gün məktəb rəhbərliyi tərəfindən şagirdlə söhbət aparılıb və valideyni məktəbə dəvət olunub”.

Xəbər lenti